Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 25-də saat 15 radələrində Şəmkir şəhəri R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi “Mercedes” və Mais Hüseynovun idarə etdiyi “QAZ-3129” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada ölüb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.